
Laurel MMC maliyyə texnologiyaları, komplayns (Compliance), ƏL/TMM (Əmların Leqallaşdırılmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Mübarizə), risk idarəetməsi və rəqəmsal həllər sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətidir.
Şirkətimizin əsas məqsədi maliyyə institutları, bank olmayan kredit təşkilatları, lombardlar, ödəniş təşkilatları və digər maliyyə sektorunda fəaliyyət göstərən müəssisələr üçün qanunvericiliyin tələblərinə uyğun, təhlükəsiz və müasir həllər təqdim etməkdir.
Biz yalnız proqram təminatı hazırlamır, eyni zamanda müəssisələrdə komplayns sisteminin qurulması, ƏL/TMM prosedurlarının tətbiqi, daxili sənədlərin hazırlanması, risk əsaslı yanaşmanın formalaşdırılması, əməkdaşların təlimi və tənzimləyici tələblərə uyğunlaşma proseslərində peşəkar dəstək göstəririk.